...

Ekspert: Rusiya və Türkiyə münasibətlərin yeni səviyyəsinə çıxacaqlar

Dünya xəbərləri Materials 21 Sentyabr 2015 23:19 (UTC +04:00)
"Türkiyənin daxilindəki mürəkkəb vəziyyəti və ABŞ-ın mövqeyinin dəyişməsini nəzərə alsaq, Rusiya və Türkiyənin bir sıra məsələlər üzrə razılığa gələcəyinə dair ümid yaranır. Bu isə o deməkdir ki, onlar əlaqələrin yeni səviyyəsinə çıxacaqlar".
Ekspert: Rusiya və Türkiyə münasibətlərin yeni səviyyəsinə çıxacaqlar

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir Anaxanım Hidayətova/

"Türkiyənin daxilindəki mürəkkəb vəziyyəti və ABŞ-ın mövqeyinin dəyişməsini nəzərə alsaq, Rusiya və Türkiyənin bir sıra məsələlər üzrə razılığa gələcəyinə dair ümid yaranır. Bu isə o deməkdir ki, onlar əlaqələrin yeni səviyyəsinə çıxacaqlar".

Bunu Trend-ə türkoloq, Şərqşünaslıq Araşdırmaları, Beynəlxalq Münasibətlər və İctimai Diplomat Mərkəzinin direktoru, Rusiya XİN-in Diplomatik Akademiyasının Şərq dilləri kafedrasının baş müəllimi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi kafedrasının müəllimi Vladimir Avatkov deyib.

Onun sözlərinə görə, Rusiya Türkiyə üçün iqtisadi baxımdan ən prioritet tərəfdaşlardan biridir: "Lakin hazırda iki ölkə arasında, əsasən, üçüncü qüvvələrin, xüsusilə ABŞ-ın fəaliyyəti və ideyaları ilə bağlı bir sıra problemli məsələlər yaranıb. Belə problemlərdən biri Yaxın Şərqdəki, xüsusilə Suriyadakı vəziyyətdir".

Ekspert bildirib ki, Rusiya Yaxın Şərqdə fəaliyyətlərin toqquşması güclənəndən sonra İŞİD-ə qarşı geniş koalisiyanın formalaşdırılması təklifi ilə çıxış edib: "Əminəm ki, bu, Moskvada Rusiya və Türkiyə prezidentlərinin görüşünün əsas mövzularından biri olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti