Azərbaycan, Bakı, 14 noyabr /Trend/
Fransa Prezidenti Fransua Olland Parisdə baş vermiş terror aktları ilə əlaqədar Türkiyədə keçiriləcək G20 ("Boyük iyirmilik") sammitində iştirak etməyəcək.
Trend-in məlumatına görə, Fransanı sammitdə xarici işlər naziri Loran Fabius və maliyyə naziri Mişel Sapen təmsil edəcəklər.
Qeyd edək ki, Parisdə partlayışlar və atışma nəticəsində azı 60 nəfər ölüb.