...

Belçika bəzi məscidləri bağlaya bilər

Dünya xəbərləri Materials 16 Noyabr 2015 13:50 (UTC +04:00)
Belçika hakimiyyəti bir sıra məscidlərin bağlanması imkanını nəzərdən keçirir.
Belçika bəzi məscidləri bağlaya bilər

Azərbaycan, Bakı, 16 noyabr /Trend/

Belçika hakimiyyəti bir sıra məscidlərin bağlanması imkanını nəzərdən keçirir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Belçikanın Baş naziri Şarl Mişel deyib.

Onun sözlərinə görə, məscidlərin bağlanmasında məqsəd radikal vaizlərin gənclərə təsir etməsinin qarşısını almaqdır: "Brüsselin bəzi rayonlarında Parisdəki terror aktlarının hazırlığı aparılıb. Terrorçu intiharçılardan ikisi Brüsselin mərkəzi kommunasında yaşayıb".

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 129 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti