Bakı. Trend:
Rusiyanın "Su-24" qırıcı təyyarəsi ilə bağlı insident planlaşdırılmış təxribata oxşayır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
S.Lavrovun sözlərinə görə, Türkiyənin xarici işlər naziri ona deyib ki, Ankara bunun Rusiya təyyarəsi olduğunu bilmirdi.
Nazir qeyd edib ki, Türkiyə XİN rəhbəri ona zəng edərək hadisə ilə bağlı başsağlığı verib.
Xatırladaq ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.