...

Devid Kemeron Joze Mourinyoya xatırladır: Britaniyada 740 min vakansiya var

Dünya xəbərləri Materials 17 Dekabr 2015 21:01 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Devid Kemeron işini itirən hər kəsə görə narahat olduğunu bildirib, lakin ölkədə xeyli sayda vakansiyanın mövcudluğunu xatırladıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu hökumət başçısı jurnalistlərə Joze Mourinyonun "Çelsi"nin baş məşqçisi vəzifəsindən azad edilməsini şərh edərkən deyib.

O, qeyd edib: "Baş nazir kimsə işini itirəndə həmişə məyus olur, lakin diqqətinizə çatdırım ki, Britaniya iqtisadiyyatında 740 min vakansiya var".

Qeyd edək ki, "Çelsi" rəhbərliyi komandanın baş məşqçisi J.Mourinyo ilə yollarını ayırıb.

Xəbər lenti

Xəbər lenti