...

Tayvanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb

Dünya xəbərləri Materials 11 Fevral 2016 11:40 (UTC +04:00)
Cənubi Tayvandakı Taynan şəhərində şənbə günü baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb.
Tayvanda güclü zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb

Bakı. Elçin Hüseynov - Trend:

Cənubi Tayvandakı Taynan şəhərində şənbə günü baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 55-ə çatıb. Bu barədə Trend Sinxua-ya istinadən xəbər verir.

Tayvanın Xilasetmə Mərkəzinin bu günə açıqlanan məlumatına əsasən, 6,4 bal gücündə olan zəlzələ keçən şənbə günü səhər saatlarında baş verib. Zəlzələ nəticəsində bir neçə hündür mərtəbəli bina dağılıb. Ölənlərin 53-ü on yeddi mərtəbəlı binanın uçuqları altından çıxarılıb.

Xilasedicilər zəlzələ bölgəsində zərərçəkənləri bina uçuqlarının altından çıxarmağa davam edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti