Bakı. Trend:
Polis ABŞ-ın Kaliforniya ştatında "West Valley" kollecində bomba tapmayıb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə təhsil ocağının rəsmi Tviter səhifəsində yerləşdirilən məlumatda qeyd olunur.
Qeyd edək ki, daha öncə "West Valley" kollecində partlayış təhlükəsi ilə əlaqədar tələbələr və kollec əməkdaşları təxliyə olunmuşdur.