...

Ukrayna və İran nüvə energetikası sahəsində əməkdaşlıq edəcəklər

Dünya xəbərləri Materials 9 Mart 2016 16:32 (UTC +04:00)

Bakı. Elçin Hüseynov - Trend:

Ukrayna İranla nüvə energetikası sahəsində əməkdaşlığı inkişaf etməyə hazırdır. Trend-in IRNA-ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Baş nazirinin müavini Gennadi Zubko Tehranda bildirib.

O deyib ki, Ukraynanın bu sahədə bacarıqlı mütəxəssisləri var və onlar təcrübələrini bölüşməyə hazırdır.

Qeyd edek ki, Tehranda Ukrayna və İran arasında iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Razılaşmaya əsasən, Ukrayna mütəxəssisləri İranın energetika infrastrukturunun modernləşdirilməsində iştirak edəcəklər. Ukrayna mütəxəssisləri, həmçinin Buşəhr atom elektrik stansiyasının işlənməsi, yeniləşdirilməsi və təhlükəsizliyinin təmin olunmasına cəlb olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti