...

Türkiyə 1915-ci il hadisələrində həlak olanların xatirəsini yad edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2016 14:25 (UTC +04:00)
Türkiyə 1915-ci il hadisələri zamanı həlak olan bütün vətəndaşların xatirəsini yad edəcək.
Türkiyə 1915-ci il hadisələrində həlak olanların xatirəsini yad edəcək

Bakı. Trend:

Türkiyə 1915-ci il hadisələri zamanı həlak olan bütün vətəndaşların xatirəsini yad edəcək.

Trendon Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R.T.Ərdoğan bildirib ki, 1915-ci il hadisələrində Osmanlı dövləti ərazisində yaşamış bütün millətlər zərər çəkib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırım"ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar.

Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti