...

Yaponiya, Çin və Koreya iqtisadi sabitliyi birgə əldə edəcəklər

Dünya xəbərləri Materials 3 May 2016 19:41 (UTC +04:00)
Yaponiya, Çin və Koreya Respublikası mərkəzi banklarının rəhbərləri milli və regional səviyyələrdə iqtisadi və maliyyə qeyri-sabitliyi ilə müqavimət aparmaq üçün səylərini birləşdirməyə qərar veriblər.
Yaponiya, Çin və Koreya iqtisadi sabitliyi birgə əldə edəcəklər

Bakı. Elçin Hüseynov - Trend:

Yaponiya, Çin və Koreya Respublikası mərkəzi banklarının rəhbərləri milli və regional səviyyələrdə iqtisadi və maliyyə qeyri-sabitliyi ilə müqavimət aparmaq üçün səylərini birləşdirməyə qərar veriblər. Bu barədə Trend "Yonhap" agentliyinə istinadən məlumat verir.

Qərar Frankfurtda keçirilən "ASEAN+3" üçtərəfli qrupunun iclası çərçivəsində qəbul edilib.

Qərarın mətnində eyd olunur ki, tərəflər regional iqtisadi və maliyyə sabitliyinin potensial risklərdən qorunmasının əhəmiyyətini təsdiqləyirlər: "Biz milli və regional səviyyədə güclü, davamlı və balanslaşmış inkişaf üçün Çin, Yaponiya və Koreya Respublikası arasındakı əlaqələrin və əlaqələndirmənin genişləndirilməsini davam etdirəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti