Bakı. Rufiz Hafizoğlu - Trend:
Almaniya Bundestaqının bu gün qondarma "erməni soyqırımı"nı tanınmasını nəzərdə tutan qətnaməni qəbul etməsindən sonra Türkiyə Almaniyadan səfirini geri çağırıb.
Bu barədə Trend Türkiyənin "Akşam" qəzetinə istinadən məlumat verir.
Bundestaqın qətnaməsini şərh edən Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib ki, Türkiyə Almaniya parlamentinin qərarını qəbul etmir.
Onun sözlərinə görə, Türkiyə bu qətnaməyə görə Almaniyaya layiqli cavab verəcək.