Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin Baş naziri Binəli Yıldırım Almaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsini böyük səhv adlandırıb.
Trend-in "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, Baş nazir bu qətnamənin Türkiyə üçün qəbuledilməz olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Türkiyə tarixindən utanmır və qorxmur.