Bakı. Rufiz Hafizoğlu - Trend:
Almaniya Bundestaqının 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınması haqqında qətnaməni qəbul etməsi bu ölkənin Türkiyə ilə münasibətlərinə mənfi təsir edəcək.
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Onun sözlərinə görə, ilk növbədə, siyasi məsləhətləşmələr üçün Türkiyənin Almaniyadakı səfirinin geri çağırılması barədə qərar qəbul edildi: "Türkiyə Bundestaqın qəbul etdiyi qətnamənin mətni ilə dəqiq tanış olduqdan sonra növbəti addımı atacaq".