...

İsveçrə Aİ-yə üzvlük ərizəsini geri götürür

Dünya xəbərləri Materials 16 İyun 2016 13:01 (UTC +04:00)
İsveçrə parlamentinin Yuxarı Palatası ölkənin 1992-ci ildə Avropa İttifaqına (Aİ) qəbul olunmasına dair ərizəsinin geri götürülməsinə dair qərar verib.
İsveçrə Aİ-yə üzvlük ərizəsini geri götürür

Bakı. Elçin Hüseynov - Trend:

İsveçrə parlamentinin Yuxarı Palatası ölkənin 1992-ci ildə Avropa İttifaqına (Aİ) qəbul olunmasına dair ərizəsinin geri götürülməsinə dair qərar verib.

Bu barədə Trend "Neue Zürcher Zeitung" qazetinə istinadən xəbər verir.

Ölkənin Aİ-nin üzvü olması əleyhinə 27 deputat səs verib. 13 deputat isə bunun lehinə çıxış edib.

Qəzet yazır ki, ərizə 2015-ci ildə İsveçrədə keçirilən referendumdan sonra qüvvəsini itirdiyindən parlamentin bu yeni qərarı rəmzi xarakter daşıyır. Xatırladaq ki, 2015-ci ildə İsveçrə vətəndaşları ölkələrinin Aİ-yə üzv olmasına rədd cavabı vermişdilər.

Xatırladaq ki, bundan əvvəl İsveçrə parlamenti Şengen zonasını tərk etməyə dair təklifi də müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti