Bakı. Trend:
ABŞ-ın Qərbi Virciniya ştatında daşqınlar nəticəsində 14 nəfər ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə ştatın qubernatoru Erl Rey Tomblin mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ştat ərazisində axtarış işləri davam etdirilir.
Daşqınlara leysan yağışları səbəb olub.