Bakı. Trend:
İstanbulun Atatürk hava limanında törədilən terror aktı ilə bağlı İŞİD terror qruplaşmasının 20-dək üzvü həbs olunub.
Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Əldə olunan son məlumatlar İŞİD-in terror aktı ilə əlaqəli olduğunu təsdiqləyir”, - Ərdoğan bildirib.