...

50 avroluq əsginas dəyişir

Dünya xəbərləri Materials 5 İyul 2016 19:18 (UTC +04:00)
Avropa Mərkəzi Bankı (AMB) bu gün yeni dizaynlı 50 avroluq əsginası təqdim edib.
50 avroluq əsginas dəyişir

Bakı. Elçin Hüseynov - Trend:

Avropa Mərkəzi Bankı (AMB) bu gün yeni dizaynlı 50 avroluq əsginası təqdim edib.

Bu barədə Trend TASS-a istinadən xəbər verir.

50 avroluğun rəngi və ölçüsü dəyişməyərək qalıb. Amma nominalın "su nişanında" və holoqrafik vertikal zolağında qədim Yunan mifologiyasıının qadın obrazı görünəcək. Əsginasın sol aşağı küncündəki 50 rəqəmi öz rəngini göydən yaşıla dəyişəcək.

Banknot AMB-in yeni sədri Mario Draginin imzası ilə buraxılıb.

"Euro" sözu isə latın və yunan şriftləri ilə yanaşı kirilcə də əks etdirilir. Bu Avropa İttifaqına Bolqarıstanın üzv seçilməsi ilə əlaqələndirilir.

Yeni əsginas 2017-ci ilin aprelin 4-də dövriyyəyə buraxılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti