...

Berlində polislə fəalların toqquşması: xəsarət alanlar var

Dünya xəbərləri Materials 10 İyul 2016 12:46 (UTC +04:00)

Bakı. Trend:

Ötən gecə Almaniyanın paytaxtı Berlində solçu fəallarla qarşıdurmada bir neçə polis əməkdaşı xəsarət alıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, asayiş pozucularının və xəsarət almış mülki şəxslərin dəqiq sayı açıqlanmır.

2 minə yaxın fəal Fridrixshayn rayonunda “alternativ yaşayış layihəsi” adı altında köçürülməyə qarşı nümayiş keçiriblər. Söhbət boş sahələrin qanunsuz zəbt edilməsindən gedir.

KİV-in məlumatına əsasən, nümayiş əvvəlcə sakit keçib, lakin sonra radikal əhvali-ruhiyyəli bir qrup iştirakçı polisə daş və butulka atıb. Nəticədə bir çox evlərin şüşələri sınıb, bir neçə polis maşınına ziyan dəyib.

Polis gözyaşardıcı qazdan istifadəyə məcbur olub.

Xəbər lenti

Xəbər lenti