...

Türkiyə SQ-nin Baş qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib

Dünya xəbərləri Materials 16 İyul 2016 09:54 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib.
Türkiyə SQ-nin Baş qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar girovluqdan azad edilib.

Trend "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, hərbi çevrilişə cəhd edən hərbçilər tərəfindən girov götürülən H.Akar azad edilib.

Bildirilir ki, Türkiyə polisinin həyata keçirdiyi əməliyyat nəticəsində H.Akar azad edilib və helikopterlə təhlükəsiz yerə aparılıb.

Bundan öncə Türkiyə Ədliyyə Nazirliyi H.Akarın aqibəti haqqında hər hansı bir məlumatın olmadığını bildirmişdi.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti