Bakı. Trend:
Sentyabrın 2-də Klyuçovskaya Sopka vulkanı 5 min metr hündürlüyədək kül püskürüb.
Trend-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, külək sayəsində kül 51 kilometr cənub-qərb istiqamətində yayılıb.
Külün yolu istiqamətində yaşayış məntəqələri yoxdur. Turistlərə vulkan yaxınlığında marşrut təşkil etməmək tövsiyə olunub.