Bakı. Azad Həsənli – Trend:
Yunanıstanın DESFA qaz operatorunun idarəçi direktoru Konstantinos Ksifaras istefa verib.
Bu barədə Trend "Energy Press"ə istinadən məlumat verir.
O bu barədə qərara Yunanıstanın Ətraf Mühit, Energetika və İqlim Dəyişikliyi Nazirliyinin rəhbərliyi ilə görüşdən sonra gəlib.
Nazirliyin yüksək vəzifəli nümayəndələri qeyd edirlər ki, Ksifarasın DESFA-da rəhbər mövqe tutması operatorun normal işinə daha xidmət etmir və SOCAR-la özəlləşdirmə sövdələşməsinin yekunlaşdırılması üzrə danışıqlar kontekstində konstruktiv deyil.