...

Britaniyanın eks naziri Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib

Dünya xəbərləri Materials 22 Sentyabr 2016 11:31 (UTC +04:00)
Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri "Financial Times"da dərc edilən Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib.
Britaniyanın eks naziri Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib

Bakı. Elmira Tariverdiyeva - Trend:

Böyük Britaniyanın Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri "Financial Times"da dərc edilən Azərbaycana dair məqaləyə qarşı sərt çıxış edib.

O, Nika Batlerin "Azərbaycanda çoxlu kommersiya imkanları mövcuddur" başlıqlı məqaləsini tanımadığını deyib.

Ç.Hendri bildirib: "Bu, gənc ölkədir və heç kəs bəzi dəyişikliklərin tələb olunduğunu inkar etməyəcək. Amma Batlerin məqaləsi bürokratiyanın və korrupsiyanın qarşısını almaq, "biznesin aparılmasının asanlığı" üzrə dünya reytinqdində irəliləmək üçün hökumətin apardığı islahatlar dövründə çıxdı. Azərbaycan biznesin asan açılması üzrə dünyada ən yaxşı ölkələrdən biri sayılır".

O, Batlerə ən yaxşı məsləhət kimi ölkəyə səfər etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti