Bakı. Trend:
"Taliban" hərəkatının döyüşçüləri Əfqanıstanın vitse-prezidenti Əbdül-Rəşid Dustumu yaralayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Khaama Press" agentliyi xəbər yayıb.
Taliblər onun da olduğu təhlükəsizlik xidmətinin maşın karvanını pusquya salıb.
Maşın karvanına hücum zamanı 15 əfqan hərbçisi öldürülüb.