Ankara. Əhməd İsmixan - Trend:
İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi ölü deyil, diri lazımdır.
Trend-in məlumatına görə, bunu İraq Prezidenti Fuad Məsum deyib.
Onun sözlərinə görə, əl-Bağdadi İraq və Suriyada qanlı hadisələrə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır.
Dövlət başçısı bildirib ki, İraq ordusu növbəti iki ay ərzində ölkə ərazisindəki İŞİD qüvvələrini tamamilə məhv edəcək.