...

Türkiyədə antiterror əməliyyatlarında 1682 nəfər saxlanılıb

Dünya xəbərləri Materials 26 Dekabr 2016 15:35 (UTC +04:00)
Türkiyədə son bir həftə ərzində antiterror əməliyyatları nəticəsində 1682 nəfər saxlanılıb.
Türkiyədə antiterror əməliyyatlarında 1682 nəfər saxlanılıb

Ankara. Atilla Caner, Orxan Quluzadə - Trend:

Türkiyədə son bir həftə ərzində antiterror əməliyyatları nəticəsində 1682 nəfər saxlanılıb.

Trend bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, saxlananlardan 508 nəfəri PKK, 78 nəfəri İŞİD, 1098 nəfəri Fətullah Gülən hərəkatına qarşı əməliyyatlar zamanı həbs olunub.

Son bir həftə ərzində Türkiyənin hüquq-mühafizə orqanları və Silahlı Qüvvələri ümumilikdə 220 antiterror əməliyyatı keçirib. 8 terrorçu zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti