...

ABŞ-da hava limanında atışma: 5 ölü, 45 yaralı (YENİLƏNİB-4)

Dünya xəbərləri Materials 7 Yanvar 2017 07:17 (UTC +04:00)
Floridada baş verən atışma nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.
ABŞ-da hava limanında atışma: 5 ölü, 45 yaralı (YENİLƏNİB-4)

Bakı. Trend:

Floridada baş verən atışma nəticəsində xəsarət alanların sayı 45 nəfərə çatıb.

Bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.

X X X

00:43

Florida ştatında Fort-Loderdeyl hava limanında atışma nəticəsində 5 nəfər həlak olub, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu şəhərin meri Barbara Şerif bildirib.

X X X

23:39

Florida ştatının Fort-Loderdeyl hava limanı hadisə ilə əlaqədar müvəqqəti bağlanıb.

Bu barədə Trend "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, hadisə nəticəsində 5 nəfər həlak olub.

X X X

22:57

Florida ştatının hava limanında atışma nəticəsində ən azı 3 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu CNBC telekanalına yerli polis bildirib.

X X X

22:33

ABŞ-ın Fort-Loderdeyl şəhərinin hava limanında naməlum şəxs atəş açıb.

Trend-in "İnterfaksa"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 5 nəfər həlak olub, 9 nəfər yaralanıb.

Şübhəli şəxs saxlanılıb. Onun adı və motivləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti