...

Suriyada İŞİD-in daha bir komandiri məhv edilib

Dünya xəbərləri Materials 15 Yanvar 2017 17:56 (UTC +04:00)
İŞİD-in malayziyalı komandiri Zaynuri Kamarudin Suriyanın Rakka şəhərində hava zərbələri nəticəsində ölüb
Suriyada İŞİD-in daha bir komandiri məhv edilib

Bakı. Trend:

İŞİD-in malayziyalı komandiri Zaynuri Kamarudin Suriyanın Rakka şəhərində hava zərbələri nəticəsində ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Malayziya polisinin antiterror idarəsinin rəhbərinin birinci köməkçisi Ayub Xan Midin "Channel News Asia" telekanalına müsahibəsində deyib.

"Əldə olunan məlumatlara əsasən, yanvarın 13-də Suriyanın şimalında Rakka şəhərinə hökümət aviasiyası tərəfindən endirilən hava zərbələri nəticəsində İŞİD-in üzvü olan 3 malayziyalı məhv edilib. 50 yaşlı Zaynuri Kamarudin də onların arasında olub", - polis nümayəndəsi deyib.

Onun sözlərinə görə, Kamarudin, üzvləri İndoneziyadan, Malayziyadan və Filippindən olan İŞİD-in "Katibax Nusantara" dəstəsinin komandiri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti