...

Çində 100-ə yaxın maşın toqquşub

Dünya xəbərləri Materials 26 Yanvar 2017 16:44 (UTC +04:00)
Çinin şimal-şərqindəki Heyluntszyan əyalətində zəncirvari qəza baş verib.
Çində 100-ə yaxın maşın toqquşub

Bakı. Trend:

Çinin şimal-şərqindəki Heyluntszyan əyalətində zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, qəza nəticəsində 27 nəfər xəsarət alıb. Onlardan iki nəfərinin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzada 100-ə yaxın avtomobilə xəsarət dəyib. Məlumata görə, yol-nəqliyyat hadisəsi sürət magistralında qeydə alınıb.

Hadisə yerinə çox sayda tibbi yardım maşınları cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti