...

Bu gün Dubayda maşın sürmürlər

Dünya xəbərləri Materials 5 Fevral 2017 16:00 (UTC +04:00)
Bu gün Dubayda hökumət tərəfindən "avtomobilsiz gün" elan edilib.
Bu gün Dubayda maşın sürmürlər

Bakı. Trend:

Bu gün Dubayda hökumət tərəfindən "avtomobilsiz gün" elan edilib. Trend-in məlumatına görə, avtomobilindən imtina edən hər sürücü xeyriyyəçiliyə vəsait köçürülməsinə yardımçı olacaq.

Məlumata görə, Dubay bələdiyyəsi zərərli maddələrin ətraf mühitə atılması səviyyəsini azaltmaq məqsədi ilə həmin gün əhalini avtomobildən imtina etməyə çağırıb.

Təşəbbüs ilk növbədə hökumət müəssisələrinin işçilərinə aiddir. Həmin gün bələdiyyələrin və aksiyaya qoşulan digər müəssisələrin avtomobil dayanacaqları bağlı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti