Bakı. Trend:
Türkiyənin Çanaqqala vilyətində zəlzələ baş verib. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 5,3 bal gücündə olub.
Məlumata görə, dərinliyi 20 km olan zəlzələ hiss edilib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.