Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əvvəlki prezident Barak Obamadan ona ölkənin daxilində, eləcə də beynəlxalq arenada "tör-töküntü" qalıb.
Trend-in məlumatında görə, bu barədə Tramp CNN telekanalı ilə yayımlanan mətbuat konfransında deyib.
Tramp bildirib: "Bildiyiniz kimi administrasiya mız hökümətdə, eləcə də iqtisadiyyatda çoxsayda problem miras qalıb".
Daha sonra ABŞ prezidenti əlavə edib: "İstər evin içində, istər xaricdə tör-töküntüdür - iş yerləri ölkədən çıxır, aşağı əmək haqqı, Yaxın Şərq, Şimalı Koreya, hara baxırsan bax, özbaşınalıqdır. Biz bunun hamısını qaydaya salacağıq".