Bakı. Trend:
Fransanın paytaxtı Parisdə polis zorakılığına qarşı etirazlar davam edir.
Trend-in məlumatına görə, nümayişçilər Teo adlı gəncin polis tərəfindən saxlanılan zamanı zorakılığa məruz qalmasına etiraz əlaməti olaraq Parisdə 10-a yaxın liseyin girişini bağlayıblar.
Belə ki, bir sıra təhsil müəssisələrinin girişinə zibil qabları qoyulub. İki liseyin qarşısındakı zibil qabları isə yandırılıb.
Polis həmin ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirilib.