...

Türkiyə ordusu Suriyanı nə vaxt tərk edəcək? - Ərdoğandan cavab

Dünya xəbərləri Materials 28 Fevral 2017 13:32 (UTC +04:00)

Bakı. Trend:

Rusiya ilə və ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya ilə razılıq əldə olunacağı təqdirdə, Türkiyə Suriyanın Rakka şəhərinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatında iştirak edə bilər.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib: "Biz Əl-Babın azad edilməsini başa çatdırdıq. Əgər koalisiya həqiqətən də İŞİD-lə mübarizə aparmaq istəyirsə, onda, gəlin, Rakkanı azad edək".

R.T.Ərdoğan bildirib ki, Türkiyənin Suriyada qalmaq məqsədi yoxdur:

"Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı" antiterror əməliyyatı başa çatandan sonra Suriyada qalmaq niyyətində deyil".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti