...

Tramp və Abbas Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Dünya xəbərləri Materials 11 Mart 2017 06:49 (UTC +04:00)
Fələstin dövlətinin prezidenti Mahmud Abbas və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub
Tramp və Abbas Fələstin-İsrail münaqişəsini müzakirə ediblər

Bakı. Trend:

Fələstin dövlətinin prezidenti Mahmud Abbas və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Abbas və Tramp Fələstin-İsrail münaqişəsinin həllini müzakirə ediblər.

ABŞ prezidenti vurğulayıb ki, münaqişənin həlli regiona və dünyaya müsbət təsir göstərəcək.

Həmçinin Tramp Abbası "yaxın vaxtlarda" ABŞ-a səfər etməyə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti