...

Tramp Rusiya ilə əməkdaşlığı genişləndirmək istəmir

Dünya xəbərləri Materials 14 Mart 2017 08:30 (UTC +04:00)
"Onlar Rusiyanın müttəfiq kimi ABŞ-a xeyir verəcəyinə şübhə ilə yanaşırlar".
Tramp Rusiya ilə əməkdaşlığı genişləndirmək istəmir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşavirlər komandası İŞİD terror qruplaşması ilə mübarizə çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırmır.

Trend-in məlumatına görə, yanvarın sonunda D.Tramp müdafiə naziri Ceyms Mettisə İŞİD ilə mübarizə planının hazırlanmasını tapşırmışdı. Plan ABŞ-ın rəhbərliyi ilə terrorçulara qarşı hərbi əməliyyatlar aparan koalisiya üçün yeni müttəfiqlərin axtarışını nəzərtə tutur.

"U.S. News & World Report" jurnalı yazır ki, Vaşinqtonda peşəkar hərbçi və strateqlər Rusiya ilə əməkdaşlığın möhkəmləndirilməsinin yalnız rəmzi əhəmiyyət daşıya biləcəyini düşünürlər:

"Onlar Rusiyanın müttəfiq kimi ABŞ-a xeyir verəcəyinə şübhə ilə yanaşırlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti