Bakı. Trend:
ABŞ-ln Missuri ştatının İndependens şəhərində hərbi sursat istehsal edən zavodda partlayış baş verib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.
Məlumata görə, insident nəticəsində bir nəfər həlak olub və üç nəfər yaralanıb.
Hadisənin təfərrüatları açıqlanmır.