Bakı. Trend:
Tayvanda turbovintli təyyarə qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. İnsident Lanyuy şəhərinin hava limanında baş verib. Qəza zamanı təyyarədə 17 sərnişin və 2 heyət üzvü olub.
"Daily Air" aviaşirkəti sərnişinlərdən üzr istəyib və bildirib ki, hər bir sərnişinə 165 dollar məbləğində təzminat ödəyəcək.