Bakı. Trend:
Tatarıstanda federal səviyyəli müsəlman telekanalı yaratmaq planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Tatarıstan müftisi Kamil Samiqullin deyib.
O qeyd edib ki, ümumrusiya müsəlman televiziya kanalının olmaması aktual problemdir:
"Tatarıstanda belə layihəyə başlamaq lazımdır. Bu, Rusiyanın müsəlman xalqlarının milli mədəniyyəti və dini-əxlaqi dəyərlərinin tanıdılmasına imkan verəcək".