Bakı. Trend:
Gürcüstanın paytaxtı Tiflisdən təxminən 100 kilometr uzaqlıqdakı Kakheti bölgəsində 5,1 gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, 22:25:40-da Qazaxdan 52 km şimal-şərqdə Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
Zəlzələ yerli vaxtla 22:25 radələrində Kaxeti bölgəsindəki Dedoplistskaro rayonu yaxınlığında baş verib.
Tələfat və dağıntı barədə məlumat yoxdur.