...

CAR-da fırtına nəticəsində azı 8 nəfər ölüb

Dünya xəbərləri Materials 8 İyun 2017 05:59
Cənubi Afrika Respublikasının 2-ci böyük şəhəri Keyptaunda baş verən fırtına nəticəsində azı 8 nəfər ölüb
CAR-da fırtına nəticəsində azı 8 nəfər ölüb

Trend-i buradan izləyin

Bakı. Trend:

Cənubi Afrika Respublikasının 2-ci böyük şəhəri Keyptaunda baş verən fırtına nəticəsində azı 8 nəfər ölüb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Assoşieyted Press agentliyi xəbər verir.

Məlumata görə, ölkənin cənub-qərb sahillərini güclü leysan və güclü külək bürüyüb. Keyptaunun bəzi rayonları tamamilə evakuasiya olunub. Güclü külək nəticəsində bəzi rayonlarda ciddi yanğınlar baş verib.

Keyptaunun əsas avtomobil magistralı bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti