Bakı. Trend:
Egey dənizinin Türkiyə sahilində ardıcıl 4,2 və 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:33 və 22:50-də qeydə alınıb və Türkiyənin bir neçə əyalətində hiss olunub. Zəlzələnin ocağı 12,5 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.