Bakı. Trend:
Ən çox axtarışda olan italyan mafioz Polşada saxlanılıb.
Trend-in məlumatına görə, İtaliyanın "Kamorra" mafiya təşkilatının üzvü Antonio S.-i Polşa polisinin Mərkəzi İstintaq Bürosunun əməkdaşları saxlayıb.
Həsbinə order verilən ən təhlükəli italyan cinayətkar Karpat bölgəsində gizlənmişdi.
Polisin məlumatına əsasən, Antonio S. "Kontini" mafiya dəstəsinin tərkibində fəaliyyət göstərib.
2011-ci ildə Neapol məhkəməsi beynəlxalq narkotik ticarətinə və mafiya təşkilatlarında iştiraka görə mafiozun 11 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul etmişdi.