Bakı. Trend:
Məşhur ispan rəssamı Salvador Dalinin qəbri açılacaq.
Trend-in məlumatına görə, ekqumasiya məhkəmə qərarı ilə baş tutacaq. Rəssamın qalıqlarından DNT analizi üçün nümunə götürüləcək.
Bu qərara səbəb isə Pilar Abel adlı 59 yaşlı qadının 2015-ci ildə məhkəmədə qaldırdığı miras davasıdır. O, iddia edir ki, anası Antonia Martinez de Aronun rəssamla sevgi münasibətləri olub.
Sürrealizmin əsas nümayəndələrindən olan Salvador Dali 1989-cu ildə ölüb. Onun əsərlərinin qiyməti 325 milyon avro dəyərindədir. Hazırda rəssamın ədəbi irsinə İspaniya Krallığı və Salvador Dali fondu sahib çıxıb.