Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 06:41-də yayımlanıb)
Bakı. Trend:
Havainin paytaxtı Honoluluda çoxmərtəbəli bina yanıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində azı 3 nəfər həlak olub, 2 nəfər isə xəsatəxanaya yerləşdirilib. Bundan əlavə, həkimlər hadisə yerində bir neçə xəsarət alanlara yardım göstərib.
XXX
06:41
Havainin paytaxtı Honoluluda çoxmərtəbəli bina yanıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, yanğından mühafizə xidmətinin rəhbərinin sözlərinə əsasən, yanğın 26-cı mərtəbədə başlayıb, sonra isə bütün binaya yayılıb.
Hadisə yerində 60 yanğınsöndürən çalışır.
Məlumata əsasən, binanın sakinləri təxliyə edilib, həkimlər xəsarət alanlara yardım göstərir.