...

Pakistanda bazarda PARTLAYIŞ - 22 ölü, 32 yaralı

Dünya xəbərləri Materials 24 İyul 2017 17:24 (UTC +04:00)
Pakistanın Pəncab vilayətində partlayış baş verib.
Pakistanda bazarda PARTLAYIŞ - 22 ölü, 32 yaralı

Bakı. Trend:

Pakistanın Pəncab vilayətində partlayış baş verib. Trend-in məlumatına görə, vilayətin Lahor şəhərində baş vermiş partlayış nəticəsində 22 nəfər ölüb, 32 nəfər yaralanıb.

Partlayış tərəvəz bazarının girişində baş verib. Yaralılardan 11 nəfərinin vəziyyəti ağır qiymətləndilir.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, partlayışı terrorçu-intiharçı törədib.

İlkin məlumata görə, həlak olanlar arasında 3 nəfər polis də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti