...

Gülnarə Kərimova hardadır?

Dünya xəbərləri Materials 1 Avqust 2017 12:44 (UTC +04:00)
Gülnarə Kərimova ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.
Gülnarə Kərimova hardadır?

Bakı. Trend:

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkənin Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır.

Trend-in məlumatına görə, bu barədə özbəkistanlı jurnalist öz “Facebook” yazıb.

Onun sözlərinə görə G.Kərimova təcridxananın 3-cü mərtəbəsində, VİP şəxslər üçün korpusda saxlanılır.

Qeyd edək ki, onun həbsi barədə iyulun 28-də ölkə Baş Prokurorluğunun Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə idarəsi xəbər yaymışdı.

Məlumata görə, G.Kərimova dələduzluqda, gömrük qanunvericiliyini pozmaqda, xarici valyuta gizlətməkdə, sənəd saxtalaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, onun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti