...

17 Türkiyə vətəndaşı Yunanıstandan sığınacaq istədi

Dünya xəbərləri Materials 2 Avqust 2017 20:41 (UTC +04:00)
Yunanıstanın Rodos adasına qeyri-leqal yolla keçmiş 17 Türkiyə vətəndaşı Afinadan sığınacaq tələb edib
17 Türkiyə vətəndaşı Yunanıstandan sığınacaq istədi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Yunanıstanın Rodos adasına qeyri-leqal yolla keçmiş 17 Türkiyə vətəndaşı Afinadan sığınacaq tələb edib.

Trend-in məlumatına görə, bu şəxslər Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinir.

Məlumatda qeyd olunur ki, onların arasında 5 müəllim də yer alır.

Türkiyə hökumətinin həmin şəxslərin geri qaytarılması məqsədilə Yunanıstan rəhbərliyinə müraciət edəcəyi gözlənilir.

Türkiyə mətbuatının məlumatına görə, hazırda Yunanıstanda Fəthulla Gülən hərəkatına mənsub olmaqda şübhəli bilinən 500-ə yaxın Türkiyə vətəndaşı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti