...

Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 400-ə çatıb

Dünya xəbərləri Materials 16 Avqust 2017 03:14 (UTC +04:00)
Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 400 nəfərə çatıb.
Syerra-Leonedə torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 400-ə çatıb

Bakı. Trend:

Syerra-Leonenin paytaxtı Fritaunda baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 400 nəfərə çatıb.

Trend-in məlumatına görə, həlak olanların azı 60 nəfəri uşaqlardır.

Hadisə ilə əlaqədar ölü sayının arta biləcəyi istisna edilmir.

Dağıntılar altında insanların qaldığı ehtimal olunur.

Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, artıq bir neçə gündür ki, aramsız yağışlar və kəskin hava şəraiti ölkə ərazisində tüğyan edir.

Xəbər lenti

Xəbər lenti