...

Kataloniyada terror aktları nəticəsində ölənlərin sayı 15-ə çatıb

Dünya xəbərləri Materials 18 Avqust 2017 21:31 (UTC +04:00)
Kataloniyada terror aktları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb
Kataloniyada terror aktları nəticəsində ölənlərin sayı 15-ə çatıb

Bakı. Trend:

Kataloniyada terror aktları nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Trend bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Qeyd edək ki, ötən gün axşam saatlarında İspaniyanın Barselona şəhərində terrorçu mikroavtobusu insanların üzərinə sürüb. Hadisə şəhərin mərkəzində, Rambla küçəsində qeydə alınıb. Bundan bir neçə saat sonra Barselonadan 120 kilometr aralıda yerləşən Kambrilsedə daha bir terrorçu furqonu insanların üzərinə sürüb.

Terror aktları nəticəsində 15 nəfər ölüb, xəsarət alanların sayı 130 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti