Bakı. Trend:
Dağıstanın paytaxtı Mahaçqalada toyda kütləvi zəhərlənmə olub.
Trend-in məlumatına görə, toydan sonra 21 nəfər tibbi yardıma müraciət edib, 13-ü xəstəxanaya yerləşdirilib. Onlara ilkin olaraq qidadan zəhərlənmə diaqnozu qoyulub.
Tibb müəssisəsinə müraciət edənlər əsasən qusma, ürək bulanma, halsızlıq və yüksək temperaturdan şikayət ediblər.